• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir

Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir
20.04.2022 17:07
Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, bu layihə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin nümunəsidir. Layihənin məqsədi atəş və bombardman nəticəsində gündəlik təhlükə altında olan ukraynalı uşaqlara azərbaycanlı uşaqların dəstəyini və həmrəyliyini nümayiş etdirmək, mənəvi dəstəklə yanaşı, ukraynalı uşaqlar üçün xeyriyyə yardımı, eləcə də Ukraynaya humanitar yardım cəlb etməkdən ibarətdir.
 
"Ukraynalı uşaqlara dəstək müsabiqəsində iştirak etmək üçün 30 iyun 2022-ci il tarixinədək tematik və ya əl işləri hazırlamaq və https://kidsart.az saytında yerləşdirmək lazımdır. Qaliblər səsvermə yolu ilə müəyyən olunacaq və onlara təşkilatçılar tərəfindən - Kids.Art ictimai təşəbbüsündən qiymətli hədiyyələr, həvəsləndirici mükafatlar təqdim olunacaq”, o bildirib.

Müsabiqə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqə şərtlərinə dair ətraflı məlumatı bu link üzrə https://kidsart.az və ya bu telefon nömrəsi üzrə +994507770277 almaq mümkündür.

Ukraynanın "Uşaqlarının Səsi” Fondunun saytından (https://voices.org.ua/donat/) istifadə edərək ukraynalı uşaqlara xeyriyyə yardımı göstərmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol