• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq iki aydır şəkər xəstələri vaxtında pulsuz dərman ala bilmir

Artıq iki aydır şəkər xəstələri vaxtında  pulsuz dərman ala bilmir
20.04.2022 20:24
Binəqədi rayonunda yaşayan şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar imtiyazlı aptekdən artıq iki aydır pulsuz dərman ala bilmədiklərini deyir,  - bu barədə anews.az-a müraciət edən vətəndaş bildirib. 
 
"Necə müddətdir şəkərli xəstələr üçün ayrılan "Amaril" və "Levemir" dərmanlarını 9 nömrəli poliknikaya aid olan imtiyazlı aptekdən əldə edə bilmirik. Hər dəfə deyirlər dərman bitib. Nə zaman zəng edirik deyirlər dərman gətirilməyib ya da az olub, paylanıb və qalmayıb.  Biz nə zaman müraciət etməliyik ki, dərman ala bilək? "Amaril" adlı dərman uzun zamandır gətirilmir. Bahalı dərmanlar olduğu üçün hər dəfə almaq imkanımız olmur. Təqaüdə baxan adam  bu dərmanları hansı pulla almalıdır?",  -  adının anonim saxlanmasını istəyən vətəndaş söyləyib. 
 
Məsələ ilə bağlı 9 nömrəli poliknikaya aid olan imtiyazlı apteklə əlaqə saxladıq. 
 
"Amaril" adlı dərman uzun zamandır gəlmir. Amma digər dərmanlar gələn kimi bitdiyi üçün vətəndaşlar vaxtında ala bilmir. Dərman almaq istəyən xəstələr mütəmadi əlaqə saxlamalıdır və dərman olan zaman gəlib aparmalıdırlar", - aptekdən bildirilib. 
 
Azərbaycanda 2021-ci ilin yanvarına kimi şəkərli diabet xəstələrinə dərmanlar Səhiyə Nazirliyi  tərəfindən verilirdi. Belə ki, xəstələr aidiyyatı üzrə poliklinikada endekrinoloq həkimdə resept yazdırır və daha sonra imtiyazlı aptekdən onları əldə edirdilər. 2022-ci ilin yanvarında  bu iş İcbari Tibbi Sığorta Afentliyin tapşırılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında şəkərli diabet xəstələrinin dərmanları  anbarda olan qalıq hesabına ödənilib. Mart ayından isə bu dərmanların tədarükü ilə İcbari Sığorta məşğul olur. 
 
Dərmanların şəkərli diabet xəstələrinə hansı qaydada verilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agetliyinə sorğu ünvanladıq. 
 
Oradan bildirdilər ki,  "Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin qeydiyyatında olan şəkərli diabet xəstələrinin müvafiq dərman preparatları ilə təmin olunmasını 2022-ci ilin martından etibarən icra edir.

 TƏBİB tərəfindən tibb müəssisələrindən qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ilə bağlı məlumat toplanılıb.  Agentliyin  keçirdiyi açıq tenderin qalibi "Avromed Company” QSC ilə 42,9 milyon manat məbləğində "Şəkərli Diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri”nin satın alınması üzrə müqavilə imzalanıb. Müqavilənin bağlandığı tarixdən etibarən tibb müəssisələrinin dərman preparatları ilə təchizatı həyata keçirilir.   
 
Agentlik tərəfindən 9 saylı Şəhər Poliklinikası 18 mart və 28 mart 2022-ci il tarixlərində  10.731 sayda şəkərli diabetə qarşı  dərman vasitəsi, 14 aprel 2022-ci il tarixində  isə 8370 sayda dərman vasitəsi ilə təchiz edilib.

9 saylı Şəhər Poliklinikasından Agentliyə verilən məlumata əsasən tibb müəssisəsində şəkərli diabet tip 1 üzrə 28 nəfər, şəkərli diabet tip 2 üzrə 1133 nəfər qeydiyyatdadır.

Tibb müəssisələrinə və ya imtiyazlı apteklərə təhvil verilən şəkərsalıcı dərman preparatları Nazirlər Kabinetinin 2005-ci il 13 may 87 nömrəli qərarı ilə tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib. Belə ki, şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin təyin olunur və dərmanlar xəstələrə şəkərli diabet tipinə əsasən verilir.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə https://e-qanun.az/framework/9895 linkinə daxil olaraq tanış ola bilərsiniz",  - agentlikdən bildirilib.

Agentlik rəsmilərinin fikrincə, tibb müəssisələrində şəkərsalıcı dərman preparatlarının və ləvazimatların çatışmazlığı yarandığı halda müvafiq dərman preparatının adı və sayı haqqında tibb müəssisəsinin rəhbərliyi tərəfindən rəsmi şəkildə TƏBİB-ə müraciət edilməlidir.  

Amma poliklinikadan verilən məlumata görə, onlarda qeydiyyatda 1500 Lantus insulini alan xəstə varsa  onlara cəmi 20 ədəd bu insulindn verilib.  
 
Bu məsələni gündəmdə saxlayacaq və araşdırmalarımızı diqqətinizə çatdıracağıq.
 
Gülnar Nazimqızı  


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol