Narazı qazilərin şikayətlərinə münasibət bildirilib

Bu gün 4 saylı DOST Mərkəzinə müraciət edən bir neçə müharibə veteranı da qəbul olunaraq müraciətləri dinlənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müraciətlər əsasən əlilliyə görə sığorta ödənişləri ilə bağlı olub.
Sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə görə ödənişi Fond həyata keçirir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə isə sığorta ödənişi verilməsi qanunvericiliklə "Azərsığorta”nın səlahiyyətindədir.
Müharibə veteranı, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğlu müraciəti isə əlilliklə bağlı olub. Ona bildirilib ki, tibb müəssiəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə 2 gün öncə daxil edilib. Yaxın günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə ediləcək və əlilliyinin qiymətləndirilməsinin nəticəsi olaraq müvafiq qərar veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























