• $
  • €
  • ₽
  • ₺
  • £

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazıdır

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazıdır
21.04.2022 10:33
Gəncədə iki gün öncə sinif yoldaşını bıçaqlayan qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub.

Hazırda valideynlər həmin təhsil ocağına gələrək şagirdin məktəbi tərk etməsini tələb edirlər.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisəyə görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb: "Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir".
 
Hadisə iki gün öncə 8 saylı orta məktəbdə baş verib. Tənəffüs fasiləsində 9-cu sinif şagirdi qız özü ilə gətirdiyi bıçaqla sinif yoldaşını boğaz və kürəyindən bıçaqlayaraq qaçıb. Bıçaqlanan məktəbli də qız olub və təcili xəstəxanaya yerləşdirilib. Məktəbdən bildirilmişdi ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol