• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Miqrasiya Xidməti ikinci çoxtərəfli məsləhətləşmələr keçirib

Dövlət Miqrasiya Xidməti ikinci çoxtərəfli məsləhətləşmələr keçirib
21.04.2022 11:31
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən "Miqrasiya üzrə Qlobal Paktın icrasında bütün cəmiyyətin iştirakının vacibliyi” mövzusunda təşkil edilən 2-ci onlayn görüş may ayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunub.
 
Məqsəd "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılmasıdır.
 
Görüşün əhəmiyyətini vurğulyan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya idarəçiliyində ümumcəmiyyət yanaşmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan mühüm addımlar barədə məlumat verib. Bildirib ki, Xidmət akademik dairələr, vətəndaş cəmiyyəti, özəl sektor, kütləvi informasiya vasitələri və miqrantlarla strukturlaşmış dialoq quraraq onları miqrasiya sahəsi ilə yaxından tanış edir. Həmçinin ölkəmizin miqrasiya siyasətinin formalaşdırılmasında və Xidmətin fəaliyyətində onların aktiv iştirakını təşviq edir. Xidmət rəisi müxtəlif maraqlı tərəflərlə əlaqələrin qurulmasının miqrasiya idarəçiliyində şəffaflığın və inklüzivliyin artırılmasının, eləcə də mədəni müxtəlifliyin təminatlarından biri olduğunu vurğulayıb.
 
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiev və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək mühüm qərarların qəbul edilməsində cəmiyyət nümayəndələrinin aktiv iştirakının zəruriliyini və vacibliyini diqqətə çatdırıblar.
 
Sonra çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol