“Baktelecom”da kadr dəyişikliyi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - "Azərrabitəlayihə” MMC-nin direktoru Süleyman Əhmədov vəzifəsindən azad edilib.
www.anews.az
Şirkətə rəhbərlik Şükür Məmmədova həvalə olunub.
S.Əhmədov bu vəzifəyə ötən ilin aprel ayıda təyin edilmişdi.
"Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru "Azeurotel” MMC də fəaliyyət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























