• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən qovulan müəllimlərin şikayəti təmin edildi - RƏSMİ

İşdən qovulan müəllimlərin şikayəti təmin edildi  - RƏSMİ
21.04.2022 15:05
İşdən çıxarılan kollec müəllimlərinin şikayətləri təmin edilib, bu barədə Əmək Hüquqlarının Müdafiəsi İnstitutu(ILRA) anews.az-a açıqlama verib. 
 
"Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə 67 müəllim heç bir hüquqi əsas olmadan ixtisar edilmişdir. Bu məsələ ilə bağlı kollecin 6 müəllimi hüquqlarının məhkəmədə müdafiəsinə dəstək göstərilməsi üçün ILRA-ya müraciət etmişdir. İnstitutumuz tərəfindən müraciət nəzarətə götürülmüş, müəllimlərə proses dövründə ödənişsiz hüquqi yardım göstərilmiş, məhkəməyə müraciət üçün iddia ərizələri yazılıb. Binəqədi rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən müəllimlərin şikayətləri təmin edilmiş, onların işə bərpa edilməsi, işsiz qaldığı dövrlər üçün hesablanmış pulun Bakı Humanitar Kolleci tərəfindən ödənilməsi barədə qərar qəbul edilib", o bildirib. 
 
2021-ci ilin oktyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılmışdı. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləri olub. Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova vermişdi. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildirib. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət etmişdi.


Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuror Zakir Qaralovun qohumu kimi tanınır. Qaralova ilk dəfə tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi.
 
Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol