• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il Azərbaycanda 245,2 min ton təhlükəli tullantı yaranıb

Ötən il Azərbaycanda 245,2 min ton təhlükəli tullantı yaranıb
21.04.2022 16:08
Ötən il ölkədə 3778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlmiş və onların 68,3 faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,3 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4 faizi isə ölkə daxilində satılıb.
 
Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7 faiz az elektrik enerjisi istehsal edilib.
 
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 34,2 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 6,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə müəssisələrdə qalıb.
 
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6,5 faiz olub. Tullantıların 57,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol