• $
  • €
  • ₽
  • ₺
  • £

“Nərmin işi” ilə bağlı yeni qərar - Bu şahidlər gətirilir

“Nərmin işi” ilə bağlı yeni qərar - Bu şahidlər gətirilir
21.04.2022 16:34
ovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
 
Prokurorluq tərəfindən məhkəməyə təqdim olunmuş şahidlərin hamısı dindirildiyindən yeni şahidlərin dindirilməsi üçün əlavə vəsatətlər verilib.
 
Süleymanovun vəkilləri aşağıdakı şəxslərin məhkəmədə dindirilməsi üçün qərar çıxarılmasına nail olublar:

- Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla eyni kamerada saxlanılan 4 nəfər (onlar İlkini gecələr sayıqlayanda gördüklərini deyirlər).
 
- Dondar Quşçu sakinləri Qurban Qasımov, Hümbət Novruzov və Aydın Abdullayev. Onlar meyitin yandığını ilk görənlərdən biri olan Altay Ələkbərova meyitin yandığı saatdan daha əvvəl kənd ərazisində rast gəldiklərini deyən adamlardır.
 
- Dondar Quşçu sakinləri Rüfət Əliyev və Zahidə Əliyeva. Bu şəxslərin sözlərinə görə, yanmış meyit aşkarlanmamışdan 2-3 gün əvvəl Nərminin əmisi Arif Quliyev onlara gəlib. Deyib ki, "ehtiyatlı olun, birdən Nərminin meyitini sizin qapıya atarlar, görən kimi mütləq xəbər verin”.
 
- İlkin Süleymanovun bacısının yanına hazırlığa gələn şagirdlərdən biri. Belə ki, İlkinin Nərmini 47 gün saxladığı deyilən otaqda onun müəllim bacısı İlhamə Süleymanova repetitorluq edirmiş.
 
- İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov. Onun 47 gün ərzində dəfələrlə məlum otağa girib-çıxaraq orada paltar dəyişdiyi deyilir. 
 
- İlkin Süleymanovun əmisi Hüseyn Süleymanov. Meyit tapılandan bir gün sonra həmin ərazidə qazıntı aparan Nərminin atası Şərif Quliyevin Hüseyn Süleymanovdan bel istədiyi deyilir. 
 
- Kənd sakini, müəllimə Laləzar Məmmədova. Onun yanına hazırlığa gedən şagirdlər Nərmini məşğələdən sonra 16.30 radələrində əmisigilin evinin yanında gördüklərini bildiriblər.
 
48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi iddiasını təkzib edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol