• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid qardaşların adını daşıyan gəmi suya buraxıldı - Foto

Şəhid qardaşların adını daşıyan gəmi suya buraxıldı - Foto
21.04.2022 20:23
Vətən müharibəsində şəhid olan qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan "Palmali Holding”ə məxsus gəmi bu gün dünya sularına yola salınıb.

Yalovanın "Aykın” tərsanəsində baş tutan mərasimdə şəhidlərin valideynləri Elman və Hicran Məmmədzadələr iştirak ediblər.

İman və Bəhram Məmmədzadələr qardaşlarının adını daşıyan tankerin dünya sularına yola salınmasını "Palmali” ailəsi üçün mühüm hadisə adlandıran "Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib ki, şəhid qardaşlar əsl qəhrəmanlığın, vətənpərvərliyin nümunəsidirlər. "Şəhid ata Elman bəyin dediyi kimi, İman və Bəhram Rusiyada təhsillərini davam edib Azərbaycana dönməzdilər və savaşa qatılmazdılar. Lakin ata və anasının sayəsində onların milli ruhları o qədər güclü olub ki, qardaşlar Rusiyadan Azərbaycana gəlib və ikisi də ordu sıralarına qatılıblar. Bu həm ata, həm ana, həm də mən öz adımdan deyirəm ki, hər bir azərbaycanlı üçün qürurverici hərəkətdir. Allah məkanlarını cənnət eləsin. Zatən qardaşlarımız Cənnətdədir. Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər də Allah tərəfindən seçilmiş insanlardır” – deyə Mübariz Mənsimov vurğulayıb.

Mübariz Mənsimov və Palmali” ailəsinə təşəkkürünü bildirən şəhid qardaşlar İman və Bəhramın ataları Elman Məmmədzadə vurğuladı ki, şəhidlərin adlarını uca tutan, onları yaşadan və əbədiləşdirən insanlar müqəddəs iş görür. Onun sözlərinə görə, övladlarının ən böyük arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə onlar Rusiyanın Həştərxan şəhərində kurslara gedirdilər. "Övladlarım Vətən uğrunda şəhid oldular, canlarından keçdilər, amma onların arzusu yerinə yetdi. Onların arzusunu Mübariz Mənsimov gerçəkləşdirdi və buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm”.

"Palmali” şirkətinin ənənəsinə görə, hər gəmi üçün qızıldan medalyon düzəldilir. Bu dəfə də istisna olmadı və həmin medalyon şəhid qardaşların valideynlərinə təqdim edildi. Bundan sonra isə Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin adını daşıyan gəminin dünya sularına yola salınması mərasimi keçirildi.

"IMAN & BAHRAM MAMMADZADEH” tankeri 7 min 500 DWT daşıma qabiliyyətindədir. Nəhəng tanker 140 metr uzunluğunda və 17 metr enindədir.








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol