Azərbaycana gətirilən dərmanların həcmi 15,5% artıb

2022-ci ilin yanvar-martında Azərbaycana dərman və dərman vasitələrinin idxalı 15,5% artıb. Bu barədə Dövlət Gömrük Komitəsi bəyan edib.
Belə ki, cari ilin birinci rübündə Azərbaycana 163 milyon 369,57 min dollarlıq dərman və dərmn vasitələri idxal edilib.
"2022-ci ilin birinci rübündə Azərbaycana 163 milyon 369,57 min ABŞ dolları dəyərində ( 44,3% çox) 7 455,82 ton (15,5% çox) dərman və dərman vəsaitləri idxal edilib”, - Dövlət Gömrük Komitəsindən bildirilib.
2021-ci ildə Azərbaycana 528 milyon 566,59 min dollar dəyərində ( 40,1% çox) 22 335,95 ton (1,5% az) dərman və dərman vəsaiti idxal edilib.
Dərmanlar Azərbaycana əsasən Rusiya,Ukrayna və Türkiyədən gətirilib. Buna səbəb bu ölkələrdə dərmanların ucuz olmasıdır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























