“Lukoyl”da Vahid Ələkbərovu o əvəz edəcək

"Lukoyl”un Direktorlar Şurası 2022-ci il aprelin 21-də keçiriləcək iclasında müvəqqəti yeganə icra orqanının seçilməsi və səhmdarların növbədənkənar yığıncağının keçirilməsi məsələsini müzakirə edəcək.
Vahid Ələkbərov şirkətdə 29 il işlədikdən sonra onu tərk edir. O, 1993-cü ildə "Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib. Şirkət özü də həmin il aprelin 5-də yaradılıb. Bu ilin aprel ayında o, Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb
www.anews.az
Bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bu gün "Lukoyl"un daimi prezidenti Vahid Ələkbərovun şirkətdən və direktorlar şurasından istefasından sonra "Lukoyl”un rəhbəri vəzifəsinə 20 ildən artıq şirkətdə çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























