• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılovun qardaşı barəsində həbs qərarı verildi

Rafael Cəbrayılovun qardaşı barəsində həbs qərarı verildi
22.04.2022 12:36
Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov həbs edilib.


Onun barəsində qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilib.


Elşən Cəbrayılov aprelin 13-də polis tərəfindən saxlanılmış, lakin həmin gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılmışdı. Həmin qərardan prokurorluq protest verib. Bu gün isə Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirib və onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.


Məlumatı hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya təsdiqləyiblər.


Qeyd edək ki, Rafael Cəbrayılov özü də dələduzluq əməllərinə görə 2020-ci ildə həbs olunmuşdu. Həbsdə koronavirusa yoluxan sabiq deputat xəstəxanada ölmüşdü.


Rafael Cəbrayılovun həyat yoldaşı ərinin vəfatından sonra məhkəmədə Elşən Cəbrayılovu ittiham etmişdi. O, ərinin ittiham olunduğu dələduzluq əməllərinin əslində Elşən Cəbrayılov tərəfindən törədildiyini və 7 milyon manat ödənişdən yayındığını bildirmişdi. O, qaynının cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol