• $
  • €
  • ₽
  • ₺
  • £

“Beynəlxalq Yer Günü” ilə bağlı təmizlik aksiyası keçirilib

“Beynəlxalq Yer Günü” ilə bağlı təmizlik aksiyası keçirilib
22.04.2022 17:06
"Beynəlxalq Yer Günü” ilə əlaqədar bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. Tədbirin sonunda iştirakçılara ETSN-in və BMT-nin İnkişaf Proqramının "İqlim dəyişmələrinə Milli Uyğunlaşma planına dəstək” layihəsi çərçivəsində hədiyyələr təqdim olunub.


"Ətraf mühitin mühafizəsinə, ekoloji problemlərin həllinə diqqəti artırmaq məqsədilə hər il 22 aprel tarixi "Beynəlхalq Yer Günü” kimi qeyd olunur. Biz də Azərbaycanda bu günü qeyd etməklə planetimizin, o cümlədən yaşadığımız diyarın təbii irsinə qayğı göstərilməsinin əhəmiyyətini diqqətə çatdırırıq”. 


S.Məmmədova hər kəsi təbiət komplekslərinin – torpağın, dənizin, çayların, meşələrin təmiz qalmasına səy göstərməyə, öz məsuliyyəti çərçivəsində ətraf mühiti böyük bəşəri problemə çevrilən çirklənmədən qorumağa çağırıb.


Qeyd edək ki, "Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. O dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında "Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə bu gün "Yer günü” adlandırılıb.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol