• $
  • €
  • ₽
  • ₺
  • £

Attestatı olmayan şəxs Bakı məktəblərindən birində direktor müavini işləyir

Attestatı olmayan şəxs Bakı məktəblərindən birində direktor müavini işləyir
24.04.2022 21:25
Bakının Binəqədi rayonu 3 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İamət Yusifovanın orta təhsili yoxdur. Bu məlumatı əks etdirən görüntülər Facebook'da yayılıb.

İsmət Yusifova 2004-cü ildən bu məktəbdə çalışır. Məktəbin rəsmi səhifəsində isə vəzifəsi təsərrüfat işləri üzrə direktor müavini olan Yusifovanın heç bir təhsili olmadığı göstərilib.

Mövzu ilə bağlı məktəb direktoru Almaz Həsrət ilə danışdıq. Direktor bildirir ki, Yusifovanın sənədində direktor və direktor müavini kimi işləyə biləcəyi yazılıb, lakin onun heç bir təhsili yoxdur. 

"Mən keçən il bu məktəbə direktor təyin olundum. Sonra kadrlar ilə maraqlandım. Məlum oldu ki, bu xanımın heç bir təhsili olmadığı ortaya çıxdı. Məktəbimizdə ali təhsilli texniki işçilərimizə atestatı olmayan İsmət Yusifova rəhbərlik edir. Müavinin yazı qabiliyyəti belə yoxdur, məsələ ilə bağlı Təhsil İdarəsi xəbərdar olsa da, hər hansı tədbir görmür",  - Almaz Həsrət söyləyir.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən məsələni araşdıracaqlarını bildirdilər. 
 
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təsərrüfat işləri üzrə direktor müavininin ali və ya orta ixtisas təhsilli olması mütləqdir. Ekspert vurğuladı ki, bu vəzifəyə yalnız 3 ildən yuxarı əmək stajı olanlar təyin edilə bilərlər.
 
"Təsərrüfat işləri üzrə direktor müavininin maaşı direktorun əməkhaqqına yaxın məbləğdir. Deməli, hər iki vəzifə məktəb üçün əhəmiyyətlidir. Onun ali savadlı olması vacibdir. Təsərrüfat  işləri üzrə müavin "Təhsil haqqında” və "Uşaq hüquqları haqqında” qanunları, təsərrüfat xidməti üzrə işin təşkilini, xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını; binanın istismar olunmasının elmi əsaslarını, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarını mütləq bilməlidir. Bu öz yerində. Konkret fakta nəzər salsaq isə sözügedən xanımın işəqəbulu qanunsuz deyil. Hazırda yüksək təhsil tələbi olsa da, həmin müavin işə qəbul olarkən belə tələb olmayıb. 2004-cü ildə əmək məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul olub. Əgər o işdən azad edilsə, əmək məcəllələrinin tələbi pozulacaq. Belə olduqda isə həmin şəxs haqlı olaraq məhkəməyə üz tuta, qalib gəlib yenidən işə bərpa edilə bilər", - Əsədov söylədi.  
 
Təsərrüfat işləri üzrə direktor müavini məktəbin təsərrüfat işlərinə rəhbərlik edən şəxsdir. O, təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir. Kabinet və sinif otaqlarının, idman zalının, yeməkxanadakı sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır. Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir. Məktəb binasının vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasına nəzarət edir.
 

 
Ləman Qasımova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol