• $
  • €
  • ₽
  • ₺
  • £

“3 aydır Ədliyyə Nazirliyi məni get-gələ salıb” - Şəhid atası

“3 aydır Ədliyyə Nazirliyi məni get-gələ salıb” - Şəhid atası
23.04.2022 11:30
Vətən Müharibəsində şəhid olan Muxtar Qasımlının atası Əli Qasımlı oğlunun adına İctimai Birlik yaratmaq istəsə də, uzun müddətdir, buna nail ola bilmir.
 
Şəhid atası 3 aydan çoxdur ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyini, lakin işinə baxılmadığını deyir: "Ötən ilin dekabrında lazım olan sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət etdim. Məni nazirliyin nəzdindəki Qeydiyyat və Notariat Baş İdarəsinə yönləndirdilər ki, bu müraciətlərə orada baxılır. Lakin həmin idarə də məni get-gələ salıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ortada nəticə yoxdur”.

Ə.Qasımlının sözlərinə görə, yaratmaq istədiyi təşkilatın adı "Muxtar gənc qazilər və şəhid ailələri” İctimai Birliyidir: "Əslində birlik 3 aydır yaranıb, təsisçi də özüməm. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmasını xahiş edirəm. Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam. Yenə də cavab ala bilməmişəm. İdarəyə dedim ki, heç olmasa mənə bir rəsmi sənəd verin və əsaslandırın ki, bu birliyi qeydiyyatdan keçirmirik. Suraxanı rayonunun deputatı Etibar Əliyev öz adından ədliyyə naziri Fikrət Məmmədova kömək göstərməsi üçün məktub yazdı. Hələ ki, cavab yoxdur, gözləyirik”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qeydiyyat və Notariat Baş İdarəsindən verilən cavab belə oldu: "Ərizə baxılması üçün daxil olub, cavab müraciət edənin ünvanına göndərilib”.
 
Dəqiqləşdirmə aparmaq məqsədilə yenidən şəhid atası ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı ünvanına hər hansı cavab göndərilmədiyini bildirdi.
 
 1993-cü il təvəllüdlü Muxtar Qasımlı idmançı kimi tanınıb və fitnes üzrə Azərbaycan çempionluğunu qazanıb. 2020-ci il oktyabrın 2-də Füzulidə əsgər yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol