Mariupolda ölən İlqarın cənazəsi Azərbaycanda dəfn edildi

Ukraynada müharibədə həlak olan Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlunun nəşi Azərbaycana gətirilib.
www.anews.az
O, Ukraynanın Mariupol şəhərində həlak olub.
İ. Məmmədov martın 17-də Mariupolda yaralıları digər sığınacağa evakuasiya edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
İlqarın qohumlarının istəyilə nəşi vətənə gətirilib və Samuxda dəfn edilib.
Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən edilərək Azərbaycana gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























