• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev: “Qara maskalı 4 nəfər başıma torba keçirərək...”

Bəxtiyar Hacıyev: “Qara maskalı 4 nəfər başıma torba keçirərək...”
23.04.2022 16:08
İctimai fəal Bəxtiyar Hacıyev qara maskalı şəxslər tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.  Bəxtiyar Hacıyev bu barədə Facebook səhifəsində bildirib. 
 
"Aprelin 21-i  saat 23 radələrində 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirib və  naməlum istiqamətə aparıb. Evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkdi. Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.  
Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar”,  -  Hacıyev yazıb.
 
Bəxtiyar Hacıyev daha sonra qeyd edib ki, bir müddət getdikdən sonra onu düşürüb başqa maşına keçirdiblər.
 
"Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. (Sonuncu postlarım şəhid yoldaşlarını aldadaraq onlardan pul tələb edən, özünü DİN-ə yaxın sayan, həbs edilməmiş dələduzlarla bağlı idi.) Mən "Allahınız olsun" deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər”,  - Hacıyev bildirib.  
 
Onun sözlərinə görə,  baş verən bütün prosesləri onu oğurlayan şəxclər videoya çəkiblər. 
 
"Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər. Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir "Kamaz”ın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi”.
 
Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin yazdığı iddialara dərhal münasibət bildirməsə də daha sonra onun nazir Vilayət Eyvazov tərəfindən qəbul edildiyi bildirildi.
 
"Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb",  -  bu barədə DİN mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib.
 
Bəxtiyar Hacıyev  1982-ci ildə Ermənistanın  Vardenis rayonunda anadan olub. Orta məktəbdə təhsil aldığı dövrdə Respublika Fənn Olimpiadalarında  fizika fənni üzrə 2-ci və 3-cü yerləri tutub . AIESEC təşkilatının Azərbaycan nümayəndəliyinin qurucusu və rəhbəri olub. Harvard Universitetində İctimai Siyasət üzrə magistratura pilləsində təhsil alıb, İctimai idarəetmə üzrə magistr dərəcəsi alb.

 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol