Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub

Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.
www.anews.az
Ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.
B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























