Direktorun səs yazısı yayıldı - Daha bir rüşvət qalmaqalı + VİDEO

Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub. Belə ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Bu zaman hər kəs üçün isə fərqli məbləğ tələbi qoyulub. Səs yazısı yayılan direktor və müavini barəsində ciddi addımların atıldığı bildirilir.
"Xəzər Xəbər" xəbər verir ki, bu səs yazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu da deyir. Qalmaqala səbəb olan səs yazısı Sumqayıt şəhərindəki məktəblərin birində yayılıb.
Səs yazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigeana və Epidemologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazadığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara verilicəyi açıqlanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























