• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun əməkdaşlarına bəraət verilib

BDU-nun əməkdaşlarına bəraət verilib
25.04.2022 14:15
Bakı Dövlət Universitetinin dələduzluqda ittiham olunan  hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadəyə  bəraət verilib.

Qərar Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
 
Qərara əsasən, Tamella Çələbiyeva və Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.  
 
Sözügedən şəxslər xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunurdu. 

Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər.
 
Ləman Qasımova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol