Azərpoçt vətəndaşların pulunu niyə gec ödəyir? - RƏSMİ AÇIQLAMA

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarının icra etdiyi əməliyyatladan biri də insanlara pul köçürmələri üzrə ödənişlərin ödənilməsidir. Amma müştərilər bu xidmətdən narazılıq edərək bildirir ki, hətta 100 manatlıq köçürməni belə almaq üçün poct idarəsinə bir neçə dəfə getməli olurlar.
"Bir dostum mənə poçtla 100 manat pul köçürmüşdü. Ofisimin yanında olan poçt idarəsindən pulu almaq istəyəndə mənə bildirdilər ki, kassada bu qədər nəqd pul yoxdur. Dedilər ki, bir azdan pul yığılacaq və gəlib götürə bilərsiz. 3 saatdan sonra poçta gəldim və dostumun mənə köçürdüyü 100 manatı ala bildim. Axı niyə mən pulumu 3 saatdan sonra almalıyam? Bu düzgün yanaşma deyil", - adının anonim saxlanmasını istəyən Bakı sakinlərindən biri Anews.az-a ünvanladığı şikayətində bildirib.
"Azərpot" MMC-nin şöbə müdiri Afaq İbrahimova bir qism poçt idarələrində belə problemin olduğunu etiraf etdi və pulun nağdlaşdırılması ilə bağlı çətinliklərə adətən kiçik şöbələrdə rast gəlindiyini bildirdi.
"Daha böyük şöbələrdə və poçt filialları ilə bir binada yerləşən müştəri xidmətləri mərkəzlərində pul vəsaiti çatışmazlığı halları yaşanmır.
Vətəndaşlar, lazım olan məbləği nağdlaşdırmaq istəyərkən vəsait çatışmazlığı ilə üzləşdiyi zaman yerindəcə pulun alınması üçün poçt məntəqəsində nəqd pul sifariş verilir. "Azərpoçt” növbəti gün həmin məbləği təmin edir və vəsait müştəriyə təqdim olunur", - İbrahimova bildirib.
Afaq İbrahimovanın sözlərinə görə, kiçik poct idarələrində də bu problemi həll etmək üçün müəyyən işlər görülür.
"Çətinliyin aradan qaldırılması üçün hazırda "Azərpoçt” nağd pula daha çox tələbatı olan şöbələri müəyyənləşdirilir və onların təhlükəsizlik sistemləri audit edilir. Proses bitdikdən sonra bu şöbələrdə gündəlik pul qalığının limitinin artırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunacaq", - "Azərpoçt" rəsmisi bildirib.
Milli poçt operatoru olan "Azərpoçt" MMC 74 poçt filialı və poçt qovşağından, 1513 poçt şöbəsindən, 144 poçt agentliyindən ibarətdir. Tabeli poçt müəssisələrinin əksəriyyəti əhaliyə keyfiyyətli xidmət göstərmək üçün müasir texnika və avadanlıqlarla təchiz ediib. Poçtun daşınması üçün "Azərpoçt" balansında 195 ədəd müxtəlif markalı avtomaşınlardan istifadə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























