Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib

Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soyadı şərti) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Report”un əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.
A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























