Samir Aşurov 7 gündür aclıq aksiyası edir

Samir Aşurov yeddi gündür aclıq edir, bu barədə onun həyat yoldaşı bildirib.
"Onun səhhəti məni çox narahat edir. Telefon əlaqəmiz belə yoxdur. Samir şəkərdir, ürəyində problemlər var, komaya düşə bilər. Sabah gərək özüm Şüvəlana gedib təcridxanadan onun səhhəti barədə öyrənim. Amma məlumat alacağıma da inana bilmirəm," Nuranə Aşurova bildirib.
Penitensiar Xidmətdən Samir Aşurovun səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.
www.anews.az
Onun sözlərinə görə, Samir Aşurov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına köçürülüb.
"Onun səhhəti məni çox narahat edir. Telefon əlaqəmiz belə yoxdur. Samir şəkərdir, ürəyində problemlər var, komaya düşə bilər. Sabah gərək özüm Şüvəlana gedib təcridxanadan onun səhhəti barədə öyrənim. Amma məlumat alacağıma da inana bilmirəm," Nuranə Aşurova bildirib.
Samir Aşurovun aclığa başladığı aprelin 21-də vəkili Elçin Sadıqov bildiribş
Penitensiar Xidmətdən Samir Aşurovun səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.
Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Almaniyadan readmissiya olunan Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da olub.
2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.
Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.
Ləman Qasımova

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib