• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda polis 16 nəfəri saxladı - SƏBƏB

Lənkəranda  polis 16 nəfəri saxladı - SƏBƏB
26.04.2022 11:59
Lənkəranda narkotik vasitələrinin dövrüyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq edən 16 nəfər saxlanılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat verib. 
 
"Ələt-Astara Magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus 1 ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanmasına görə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb", - DİN -in məlumatında bildirilir. 
 
Məlumata görə gigər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

"Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həyata  keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində daha 14 şübhəli saxlanılıb.  Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib", - Lənkəran ŞRPŞ-dən bildirilib.
 
Bu ilin yanvar - mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanıb. Onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
 
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton   880 kq 475,692 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq 478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161 qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop maddələr, 4 kq 252,797 qr-nı  isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik vasitə, 17 kq 956,92 qr psixotrop maddələr  və 1,125 qr güclü təsir edən maddə götürülüb


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol