• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycanı ən təhlükəsiz ölkələr siyahısına saldı - FOTO

ABŞ Azərbaycanı ən təhlükəsiz ölkələr siyahısına saldı - FOTO
26.04.2022 21:00
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) pandemiya dövründə səyahət üçün riskli və risksiz ölkələrin adlarını açıqlayıb.
 
Siyahıya əsasən, məkanlar üç kateqoriyaya bölünüb. Azərbaycan "Birinci səviyyə: COVID-19-a yoluxma riski ən az olan” bəndinə daxil edilib.

Bu səviyyəyə daxil edilmək üçün ölkədə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. Azərbaycanın adı aprelin 25-də bu dərəcəyə aid edilib. Bundan əvvəl ölkəmiz ikinci səviyyədə idi.
 
"İkinci səviyyə: COVID-19-a orta yoluxma riski olan” ölkələr son 28 gündə hər 100 000 sakinə 50-100 yoluxma halı qeydə alınanlardır. Aprelin 25-də Salvador, İndoneziya, Oman, Birləşmiş Ərəb Əmirlikləri bu dərəcəyə salınıb.
 
CDC-nin yeni sistemində "Üçüncü səviyyə:  COVID-19-a yüksək yoluxma riski” kateqoriyası son 28 gündə 100 000 sakinə 100-dən çox hadisəsi qeydə alınan ölkələr aid edilib. Bu kateqoriyaya Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, İspaniya, Böyük Britaniya, Braziliya, Kanada, Misir, Malayziya, Meksika, Cənubi Koreya və Taylandın adı əlavə edilib.
 
"Dördüncü səviyyə” xüsusi hallar üçün nəzərdə tutulub. Hələ ki, heç bir ölkə bu kateqoriyaya əlavə edilməyib.
 
CDC-nin məlumat çatışmazlığı səbəbindən "Naməlum” adlandırdığı risk kateqoriyası da var. Adətən, bura kiçik, uzaq yerlər, yaxud aramsız müharibələr və ya iğtişaşlar olan ərazilər daxildir. Bazar ertəsi bu dərəcəyə Qambiya əlavə edilib. CDC riskləri bilinmədiyi üçün bu kateqoriyadan olan ölkələrə səyahəti tövsiyə etmir.(Gwinnett Daily Post)
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol