Motosiklet sürücüsünü döyən məmur saxlanılıb?- DIN açıqlama

Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov haqqında araşdırılma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, Elşad Hacıyev anews.az saytına açıqlamasında bildirib ki, onun həbs edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. "Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra "Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.
Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























