"Kontakt Home"u məhkəməyə verən fəal zala BURAXILMADI

"Kontakt Home" şirkətini məhkəməyə verən ictimai fəal Emin Xəlili Bakı Apelliyasiya Məhkəməsinin zalına buraxılmayıb. Bu barədə fəal özünün feysbuk hesabında yazıb.
"Məhkəmə prosesi 10:45-ə təyin edilsəndə bir saat gecikdirdilər, əlavə olaraq iki doza vaksin olduğum halda məhkəmə zalına buraxılmadım. Hansı ki, metrolarda vaksin pasportu yoxlanılarkən sistemdə adım qeyd edilir. Növbəti məhkəmə prosesi 16 may 09:45-ə təyin edildi", fəal bildirib.
2021-ci il avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.
"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu göndərib, buna görə də rəhbərlik mənimlə çalışmaq istəmir", - Xəlilov bildirib.
Bundan sonra Xəlilov ötən ilin sentyabrında 'Kontakt Home" məhkəməyə verib.
Cari ilin fevralın 17-də Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə baş tutan, ictimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
Məhkəmə qərarına görə, Emil Xəlilov "Kontakt Home"un Sumqayıt filialında işə bərpa olunmalı və bu müddət ərzində almadığı maaş ona qaytarılmalı idi. Sözügedən şirkət qərar ilə bağlı apelliyasiya şikayət vermişdi.
Ləman Qasımova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib