• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb

Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
27.04.2022 18:30
Xəzər dənizinin sahilində Qazaxıstanın Manqistau vilayətindəki Karajanbas yatağının suqəbuledici bəndinin ərazisində ölü suitilər aşkar edilib.Bu barədə Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq Komitəsindən  bildirib.

Komitənin açıqlamasına görə, sosial şəbəkələrdə aparılan monitorinqlər zamanı Xəzər dənizinin sahillərində suqəbuledici bəndin ərazisində 50-yə yaxın ölü suitinin tapıldığı barədə məlumat yayılıb.

Qeyd olunub ki, əraziyə dövlət müfəttişləri cəlb edilib və onlar tərəfindən müxtəlif yerlərdə, bir-birindən uzaqda yerləşən 22 ədəd ölü suiti aşkarlanıb. Onların ölüm səbəblərini müəyyən etmək üçün laboratoriya müayinəsi aparılacaq.

Xəzərdə suitilərin kütləvi ölümü əvvəlki illərdə də baş verib. Belə ki, 2000-ci ildə Xəzər dənizinin Qazaxıstanın məsuliyyət zonasında 12 mindən çox suiti tələf olub. Baş verən ekoloji fəlakətin versiyalarından birinə görə, Xəzərdəki buzlar çox sürətlə əriyib və havaya uyğunlaşmamış suitilər suya düşüb. Daha sonra zəif gənc heyvanlarda bakterioloji xəstəliklər, xüsusən də heyvanların kütləvi ölümünə səbəb ola bilən pasterellyoz inkişaf etməyə başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol