• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST regional direktoru Azərbaycanda rəsmi səfərdədir

ÜST regional direktoru Azərbaycanda rəsmi səfərdədir
27.04.2022 10:22
Bu gün, aprelin 27-də Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) regional direktoru doktor Hans Henri P.Klugen Həbsxanalarda Vərəmin Profilaktikası və Nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzini ziyarət edəcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi məlumat verib.  

ÜST-nin Avropa üzrə regional direktoru Dr. Hans Henri P. Klüge aprelin 26-dan Azərbaycanda rəsmi səfərdədir. 

ÜST-nin regional direktoru həmçinin  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə birgə son iki il ərzində ÜST-ün Azərbaycandakı İlkin Səhiyyə Nümayiş Layihəsi ərazisi olan Şamaxıya səfər edəcək. 

Dr. Kluge Göylər kəndində Avropa İmmunlaşdırma Həftəsi çərçivəsindəki ərazi fəaliyyətləri ilə tanış olmağı, tibb üzrə təhsil alan  tələbələr və icma liderləri ilə görüşməyi planlaşdırır.
 
Səfərin ilk günündə Dr. Hans Klüge Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb. 
 
"Pandemiya keyfiyyətli səhiyyə xidmətlərinin hər kəsə əlçatanlığının təmin edilməsinin vacibliyini bir daha sübut edib. Bu baxımdan Prezident Əliyevin dəstəyi ilə Azərbaycanın atdığı konkret addımları görməkdən çox məmnunam” - Dr. Hans Henri  bildirib. 
 
Hans Herinin sözlərinə görə, ilkin tibbi yardımın gücləndirilməsi səhiyyənin inkişafının əsasını təşkil edir. 
 
"Səhiyyə sisteminin düzgün qurulmasında birgə işləmək regiondakı bütün ölkələrin imza atdığı 2020-2025-ci illər üzrə Avropa İş Proqramının əsasını təşkil edir.", - o bildirib.

Bu Avropa İmmunlaşdırma Həftəsi zamanı sağlamlıq yoxlamaları və peyvəndlər verən icmalarda tibb tələbələrinin - gələcəyin sağlamlıq liderlərinin enerjisini və peşəkarlığını görmək ilham mənbəyi olmuşdur.


Dr. Klüge ÜST-nin pandemiyaya qarşı mübarizədəki səylərinə və COVAX təşəbbüsünə verdikləri dəstəyə görə Prezidentə təşəkkür edib və ÜST-nin effektiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.


Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol