• $
  • €
  • ₽
  • ₺
  • £

Adı qalmaqallarda hallanan direktor İŞDƏN ÇIXARILDI - ÖZƏL

Adı qalmaqallarda hallanan direktor İŞDƏN ÇIXARILDI - ÖZƏL
27.04.2022 12:59
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-un direktoru Həqiqət Qədirova TƏBİB-in əmri ilə vəzifəsindən azad edilib. Bu barədə Anews.az məlumat əldə edib.
 
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova faktı təsdiqləyib.
 
Həqiqət Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı. 2018-ci ildə institutun direktoru Həqiqət Qədirova tərəfindən işdən azad edilsə də, məhkəmə qərarı ilə 2019-cu il noyabrın 30-da Ağciyər Xəstəlikləri İnstitutunda yenidən əmək fəaliyyətinə başlayıb.
 
Həqiqət Qədirova həm də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür. Bu vəzifəyədək Həqiqət Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktoru vəzifəsində çalışıb. 

Son zamanlar Qədirova ilə bağlı sosial şəbəkələrdə şikayətlər yayılmışdı. İnstitut işçiləri Həqiqət Qədirovanın təzyiqlərinə dözə bilməyən həkim Səbinə Məmmədovanın intihara cəhd etdiyini də iddia edirdi. 
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol