• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə AXCP üzvlərinin şikayətini TƏMİN ETMƏYİB

Ali Məhkəmə AXCP üzvlərinin şikayətini TƏMİN ETMƏYİB
27.04.2022 13:36
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmovun kassasiya şikayəti təmin edilməyib. Bu barədə qərar Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda bildirilib. 
 
Sözügedən şəxslər 2020-ci il iyulun 14-də keçirilən, Azərbaycan Ordusuna dəstək aksiyasında yaranmış insident faktı üzrə ittiham edilib. 
 
Həmin yürüş-mitinqi iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
 
Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
 
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılıb. Cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs olub.
 
Səbail rayon Məhkəməsinin hökmünə əsasən, Məmməd İbrahim və Fuad Qəhrəmanlıya 4 il 1 ay 17 gün, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il sınaq müddəti olmaqla, 3 il 7 ay 13 gün şərti cəza təyin olunub. Qalan 8 nəfərə 2,5 il sınaq müddəti olmaqla 2,7 il şərti cəza təyin edilib.
 
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol