• $
  • €
  • ₽
  • ₺
  • £

Təbiət elmləri üzrə olimpiada keçiriləcək - Ekspert ilə təhlil

Təbiət elmləri üzrə olimpiada keçiriləcək - Ekspert ilə təhlil
27.04.2022 16:29
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu il şagirdlər arasında Bakı Elm Olimpiadası keçirəcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.  

Bakı Elm Olimpiadasının I mərhələsi aprelin 30-da paytaxtın 18 nömrəli tam orta məktəbində təşkil olunacaq. Bu günə kimi yarışda iştirak üçün 850-ə yaxın şagird  elektron qeydiyyatdan keçib.

Olimpiadanın I mərhələsində 8,9 və 10-cu sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetirəcəklər. Həmin mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla qiymətləndiriləcək, ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanacaq.
 
"Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirməkdir. Həmçinin onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq da əsas prioritetdir", - idarədən bildirib. 
 
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, olimpiadalarda obyektiv qiymətləndirilmə olmalıdır. Ekspertin sözlərinə görə, şagird qiymətindən narazıdırsa apellyasiyaya müraciət edə bilər.
 
"Azərbaycanda keçirilən təhsil olimpiadalarında şəffaflıq qorunur. Düzdür, bəzən istisnalar olur. Amma say çoxluğunu nəzərə alsaq bəzi qüsurların olması mümkündür. Əgər olimpiada zamanı müəllim qəsdən şagirdin qiymətini kəsirsə, bununla bağlı dərhal müraciət etməlidir", - ekspert bildirir.
 
Əfəndinin sözlərinə görə, olimpiadaların təşkil edilməsi şagirdlərin bilik səviyyəsini təhlil edir. O vurğulayır ki, şagirdlərin təbiət elmlərindəki nəzəri və təcrübi biliklərində olan boşluqlar yarışda ortaya çıxır.
 
"İştirak edən məktəblər yarışlardan sonra nəticələri təhlil edə bilər. Həmçinin, yarışda qiymətləndirmə edən şəxslər də iştirakçıların hansı məqamlarda boşluqları olduğunu təhsil müəssisələrinə göndərər. Bu, perspektivli əməkdaşlıq olar. Həmin şagirdlər qalib olmasalar belə boşluqları biləcək və fənni daha yaxşı mənimsəməyə çalışacaq. Hazırda  təbiət elmləri üzrə uşaqların təcrübi biliyi azdır, bu məsələ olimpiadalarda da təsdiqlənərsə məktəblərdə laboratoriyaların qurulması üzrə müvafiq addımlar atıla bilər", - o bildirib. 
 
Elçin Əfəndi təbiət elmlərinin məktəblərdəki tədrisinin düzgün təşkilinin vacibliyini də vurğuladı. 
 
"Azərbaycanda 4447 məktəbin 300-400-də laboratoriyalar mövcud deyil. Laboratoriyalar olan təhsil müəssislərində isə ya maddələrin hamısı yoxdur, ya da texniki cəhətdən zəif təşkil edilib. Belə olduqda kimya, biologiya, fizika kimi fənnlər tədris ediləndə müəllimlər mövzunu izah etməkdə, şagirdlər anlamaqda çətinlik çəkir. Çünki laboratoriyalarda izah edilməli spesifik mövzular ki, onları nəzəri öyrənmək mümkün deyil. Buna görə də bu otaqların təşkilinə xüsusi diqqət ayrılmalıdır. Laboratoriya otaqları olmayan, eləcə tam təşkil edilməyən təhsil müəssisələri müəyyənləşdirilməlidir", ekspert əlavə etdi.
 
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı deyilib.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.
 
Ləman Qasımova
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol