“H3N8” virusu ilk dəfə insanda aşkarlanıb

Quş qripinin "H3N8” ştammı ilk dəfə insanda aşkarlanıb.
"CNN Türk” xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası bəyanat yayıb.
Henan əyalətinin Zhumadian şəhərindən olan bir uşaqda aprelin 5-də qızdırma və digər simptomlar aşkar edilib və vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib.
Ötən gün açıqlanan məlumatlara görə, uşağın bədənində "H3N8” tipli quş qripi virusu aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























