Təranə Səmədova polisə müqavimətə görə cərimələndi

Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət göstərdiyinə görə cərimələnib.
Qərara əsasən, T.Səmədova 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub. Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin Təranə Səmədova polisə müqavimət göstərib.
Təranə Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























