• $
  • €
  • ₽
  • ₺
  • £

NRGI «2021 Resource Governance Index» üzrə görüş keçirilib

NRGI «2021 Resource Governance Index» üzrə görüş keçirilib
27.04.2022 22:42
  Beynəlxalq Təbii Resursların İdarə Edilməsi İnstitutunun (NRGI) – dünyanın müxtəlif ölkələrində təbii resursların idarə olunması ilə bağlı qlobal problemlərin öyrənilməsi üzrə ixtisaslaşan QHT rəhbərliyi 2021-ci ilin sonunda dərc edilmiş "2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi” (RGI) ilə əlaqədar Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası (MSŞA və ya EITI) tərəfindən irəli sürülən tövsiyələrin əsaslılığını etiraf edib.
Qeyd edək ki, MSŞA Koalisiyası  tərəfindən RGI-yə ünvanlanan düzəlişlərin sayəsində hesabatda təqdim olunan dörd mühüm bəndə (göstəriciyə) dəyişiklik edilib.

Əsasən NRGI "SOCAR İdarə Heyəti və Müşahidə Şurası üzvlərinin əksəriyyətinin hökumətdən müstəqil olması ilə bağlı RGI 2021 hesabatındakı fikirlərin həqiqətəuyğun olmaması” barədə MSŞA Koalisiyası ekspertlərinin rəyini nəzərə alıb.

Bundan əlavə, SOCAR (ARDNŞ) Müşahidə Şurasının 2021-ci ilin yanvarında Azərbaycan prezidentinin fərmanı ilə yaradılması faktı da nəzərə alınıb və buna görə də 2019-2020-ci illər ərzində RGI 2021-ci ildə qiymətləndirilən düzgün bal C, yəni 0-a bərabərdir. Ümumilikdə isə hesabatda ARDNŞ üzrə korporativ idarəetmə ilə bağlı 50 ballıq ümumi göstərici qeyd olunacaq.

"ARDNŞ-nin özünün illik hesabatlarını ictimaiyyətə açıqlamaq öhdəliyini müəyyənləşdirməməsi və bu nüansın resursların idarə edilməsində şəffaflığın təmin edilməsi üçün hüquqi sahəni yaxşılaşdırmaq tələbini pozması" barədə MSŞA Koalisiyasının düzəlişini öyrənərək NRGI Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında” qanununun 12.3-cü maddəsində təsdiqini tapıb ki, bu da ictimai maraq olduğu halda bütün subyektlərin öz illik hesabatlarını açıqlamasını tələb edir. 
Milli Rifah Fondunun (MRF) fəaliyyətinə gəlincə, pandemiya dövründə Azərbaycanda fiskal qaydaların dayandırılması barədə Azərbaycan QHT-nin göstərişi düzgün hesab edilib,  MRF-ə münasibətdə isə yalnız 2019-cu il üçün, yəni 2021-ci il üçün hesabatın hazırlanması zamanı "MRF-dən vəsaitlərin çıxarılması qaydalarına riayət olunması" bəndində A əvəzinə  (100 bal, "suveren fondlardan vəsaitlərin istifadəsinə heç bir istisna olmadan əməl edilirsə, verilir) F (tətbiq edilmir) qiymətləndirmə balı tətbiq edilməlidir.

Təbii resursların idarə edilməsi İnstitutu QHT-lərin 2017-ci ildən sonra (Azərbaycan EITI-dən çıxdıqdan sonra) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) maliyyə hesabatlılığının nüfuzlu, müstəqil yoxlanmasının olmaması barədə QHT-nin göstərişini düzgün hesab edib və beləliklə, 2021-ci il üçün RGI-nin Azərbaycan üzrə ölkə profilindən aşağıdakı qiymətləndirmə çıxarılacaq: "ARDNF həmçinin öz hesabatlılıq qaydalarını yaxşılaşdırıb, bu zaman "Mühasibat uçotu haqqında” qanun illik hesabatın dərcini, həmçinin ARDNF-nin maliyyə hesabatlılığının illik xarici maliyyə auditini tələb edir".

Koalisiyanın "ARDNF Müşahidə Şurasının tərkibi təkcə dövlət məmurlarından ibarət olmamalıdır, çünki ARDNF Şurasının Nizamnaməsinə əsasən, bu qurumda ictimai təşkilatların nümayəndələri də iştirak etməlidir" şərhinə gəlincə, NRGI dəqiqləşdirib ki, RGI anketi dövlət müəssisələrinin Direktorlar Şurasının müstəqilliyi məsələsini özündə birləşdirir, suveren rifah fondlarının (ARDNF kimi) yox.
"Biz bu nüansı gələcək RGI-nin gələcək hesabatlarına daxil etməyi planlaşdırırıq, çünki diqqətəlayiqdir", - NRGI rəhbərləri qeyd edirlər.
Bu institut Koalisiyanın "ARDNF-nin işinin balları 2017-ci ildən, ARDNF-nin timsalında Azərbaycan EITI-dən çıxdıqdan sonra necə yüksək ola bilər?" məntiqli iradına anlayışla yanaşıb.

"Biz anlayırıq ki, bu fakt ziddiyyətli görünür. Araşdırmamız zamanı müəyyən etdik ki, hesabatın 1.2.8 göstəricisi çərçivəsində iki sualdan biri bal düzəlişi tələb edir və bunu "Vergitutma” alt komponentində izah etdik.

Məsələ ondadır ki, RGI-də informasiyanın açıqlanmasına eyni cür yanaşılır, bu, istər MSŞA-nın hesabatlılığı vasitəsilə və ya başqa şəkildə baş versin. 2021-ci ildə dərc olunmuş hesabatda bizim araşdırma ARDNF-nin illik maliyyə hesabatlarına əsaslanırdı", - Beynəlxalq institutdan bildirilib.

NRGİ-də ARDNF-nin maliyyə hesabatlarına parlamentdə baxılmasının bu Fondun maliyyə vəziyyətinin öyrənilməsi kimi qanunvericilik normasına çevrilməsilə bağlı Azərbaycan QHT Koalisiyasının istəyini düzgün hesab ediblər.

Koalisiya tərəfindən aparılan dəqiqləşdirmə sayəsində "Büdcə qaydalarına riayət edilməsi" alt komponentilə bağlı RGI-nin hesabatında Azərbaycana verilən qiymət A kateqoriyasından (100 bal) D kateqoriyasına (bal verilmir) dəyişdirilib.

Hesabatda "Vergiqoyma" alt komponenti üzrə qeyri-dəqiqliyə yol verilib və odur ki, ballar 60-dan (1.2.8 b) 40 baladək azalır (1.2.8 d - "Ölkə MSŞA hesabatını dərc etməyib").

Koalisiyanın hesabatın Azərbaycanda əlverişli mühitin olması (təbii ehtiyatların idarə edilməsində) barədə bəndilə razılaşmamasına gəlincə, NRGI Ümumdünya İdarəetmə Göstəriciləri (WGI) və Açıq Məlumatlar Reyestrinin (ODIN) məlumatlarını əsas götürməklə özünə "haqq qazandırır”.

"Biz İndeksdə sizin geniş iştirakınızı və qiymətləndirmə başlıqlarının arxasındakı detalları anlayışa sadiqliyinizi yüksək qiymətləndiririk...Biz qaldırdığınız məsələlərin hər birini diqqətlə nəzərdən keçirdik ...Biz RGI-yə dialoq qurmaq üçün vasitə kimi baxırıq, bu, sonra təbii resursların idarə olunması məsələlərini daha dərindən öyrənməyə imkan verir ... İcazə verin, iştirakınıza görə  sizə şəxsən təşəkkürümü bildirim.
 
Resursların İdarəolunması İndeksi məlumatlara əsaslanan etibarlı alətdir və sizin rəy və şərhləriniz yüksək standartlara nail olunmasında bizim üçün əvəzolunmazdır”, - NRGİ idarəetmə proqramlarının direktoru Erika Vestenberq MSŞA Azərbaycan Koalisiyasının ünvanına məktubunda qeyd edir. 
 


 
 
Şərhləri göstərməyin


Şərhlər oxucuların özəl fikirləridi və sayt redaksiyası şərhlərin məzmununa görə məsuliyyət daşımır.












27 Aпрель 2022 "Отчет показал, что администрация Байдена была права, не пригласив Азербайджан на Саммит за демократию"



26 Aпрель 2022 Азербайджану отводится роль основного поставщика нефти в Израиль



26 Aпрель 2022 Победа дает карт-бланш Макрону



25 Aпрель 2022 ICG призывает посредников в карабахском урегулировании не останавливаться, несмотря на войну в Украине



25 Aпрель 2022 Ожидаемая политическая воля в "Тер-терском деле" пока отсутствует



23 Aпрель 2022 От счетов за свет к избирательным спискам



23 Aпрель 2022 Государство нанимает держиморд



23 Aпрель 2022 Bзгляд из России: "Тонем в болоте, и можем тонуть ещё долго"



23 Aпрель 2022 Армения пытается использовать российско-украинскую войну, чтобы затянуть выполнение Заявления о прекращении огня



21 Aпрель 2022 Где переплетаются интересы Азербайджана и Кыргызстана? Итоги переговоров в Баку



27 Aprel 2022 "Hesabat göstərdi ki, Bayden administrasiyası Azərbaycanı Demokratiya Sammitinə dəvət etməməkdə haqlı idi"



26 Aprel 2022 Azərbaycana İsrailin əsas neft tədarükçüsü rolu həvalə edilir



26 Aprel 2022 Qələbə Makrona kart-blanş verir



25 Aprel 2022 ICG Qarabağ nizamlanmasında vasitəçiləri Ukraynada müharibəyə baxmayaraq, dayanmamağa çağırır



25 Aprel 2022 "Tərtər işi"ndə hələlik gözlənilən siyasi iradə yoxdur



23 Aprel 2022 İşıq fakturasından seçki fakturasına



23 Aprel 2022 "Dövlət elə adamları işə götürür ki, qoluzorba olsun"



23 Aprel 2022 Ermənistan atəşkəs haqqında bəyanatın yerinə yetirilməsini uzatmaq üçün Rusiya-Ukrayna müharibəsindən istifadə etməyə çalışır



21 Aprel 2022 Azərbaycan və Qırğızıstanın maraqları harada kəsişir? Bakı danışıqlarının yekunları



19 Aprel 2022 "Ölkədə korrupsiyanın kökünü kəsmək üçün çox işlər görülməlidir"















Фото сессии

2022-04-25 3cü Qədr Gecəsi



2022-04-24 Pravoslavlar Pasxa Bayramını qeyd edir



2022-04-23 Müsəlmanlar 2-ci Qədr Gecəsini qeyd etdilər



2022-04-21 Müsəlmanlar Qədr Gecəsini qeyd etdilər



2022-04-20 Kiyev bu gün



2022-04-14 Ukrayna - Aprel 2022



2022-04-08 Qostomel 8 aprel



2022-04-07 Borodyanka şəhəri, Ukrayna 7 aprel



2022-04-06 Buça şəhəri, 6 aprel



2022-04-06 İrpen 6 aprel



2022-04-02 Xarkov bombardman 2 aprel



2022-04-01 Xarkov şəhərinin ətrafında aprelin 1-də gecə atəşə tutulduqdan sonra



2022-03-31<







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol