DİN-in aprelin 28-də aşkarladığı cinayətlərin STATİSTİKASI

2022-ci il aprelin 28-da Azərbaycanda baş vermiş 61 cinayətin üstü açılıb. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyi məlumat verib.
"Cinayətlərin üstü "isti izlər”lə açılıb. Onlardan 4-ü əvvəlki dövrlərdən qalmış cinayət işləridir", - DİN məlumatında bildirilir.
Həmin məlumata görə, ümumilikdə axtarışda olan 102 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb.
Azərbaycanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Son bir gün ərzində narkotiklərlə əlaqəli 23 fakt aşkarlanıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























