“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələnib

"Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Aprelin 27-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Bakının Yasamal rayonunun "Qanlıgöl” adlanan ərazisində "ZİL” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.
Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə "ZİL” markalı avtomobilin sürücüsü Bəhram Sərdarov və "Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























