Rövşən Əsgərovu nasizmi bərpa etməkdə ittiham edirlər

Rusiyada "Kim? Harada? Nə vaxt?” intellektual oyunun iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun barəsində nasizmin bərpa olunması ittihamı ilə cinayət işi başlanıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Cinayət işinin başlama səbəbi Rövşən Əsgərovun sosial şəbəkələrdəki paylaşımları olub.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - Komitədən bildirilib.
Rövşən Əsgərov Rusiya İstintaq Komitəsinin qaldırdığı cinayət işi ilə bağlı hələ şərh verməyib.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























