Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Azərbaycanda bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























