Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.
Hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























