• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər

Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
28.04.2022 12:35
Azərbaycanda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılmaması müəyyən qədər xaotik vəziyyət yaradıb ki, hazırda bazarda bu xaotikliyin fəsadları yaşanır. Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, internet xidməti göstərən operatorlar daha çox bazarın əlverişli sahələrinə nüfuz edərək məhz orada xidmət göstərməkdə maraqlıdırlar.

"Bu, daha çox şəhərin mərkəzi, yeni tikilən binalardır. Amma bazarda ənənəvi operatorlar adlandırdığımız "Aztelekom" və "Baktelecom"un isə üzərində dövlət tərəfindən qoyulan öhdəlik var və bu öhdəlik ondan ibarətdir ki, onlar Azərbaycanın ən ucqar kəndinə belə interneti çatdırsınlar. Ora fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur. Amma onlar bunu etmək məcburiyyətindədir. Lakin müasir tənzimləmə mexanizmləri onu tələb edir ki, universal telekommunikasiya fondu yaradılmaqla mərkəzdə əldə olunan gəlirlərin ədalətli bölgüsü və həmin regionlarda müsabiqə elan etməklə bu regionlara xidmət göstərən operatorların, həmən mərkəzdə əldə etdikləri gəlirlər vasitəsilə subsidiyalaşdırılması təmin edilsin. Bu sahədə qanunvericilik sənədləri hazirlanmaqdadır ki, biz bazarı ədalətli şəkildə tənzimləyə bilək",- Rəşad Nəbiyev qeyd edib.(apa.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol