• $
  • €
  • ₽
  • ₺
  • £

"Şortiklə universitetə gedən gicdir. Ayıbdır. Yox bir "plavki" ilə getsinlər" - Aqil Abbas

"Şortiklə universitetə gedən gicdir. Ayıbdır. Yox bir "plavki" ilə getsinlər" - Aqil Abbas
29.04.2022 12:31
Azərbaycan universitetlərində tələbələrin geyimlərinə qadağalar qoyulub. Universitet rəhbərliyi onların bir qisim geyimləri geyinməsinə qəti şəkildə icazə vermir.  Bu barədə Anews.az -a təhsil sahəsinə yaxın olan mənbələrdən məlumat daxil olub. 

Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü universitetlərin əyani şöbələrində oxuyur. Həmin tələbələrin də 37,8%-i və ya  53.408 nəfə tələbə  təqaüdü alır.  
 
Azərbaycan ali məktəblərindən birinin tələbəsi Nil Rzazadə (şərti ad, - red)  bildirdiyinə  görə, universitetin 1-ci kursundan  onlara bəzi geyimlərdən istifadə etməmək tapşırılıb. Belə ki,  şortik, başmaq geyinən tələbələr təhsil müəssisəsinə gələrkən onların girişinə izn verilmir.
 
"Birinci kursda tələbələri bir zala topladılar. Onların təbirincə desək, profilaktik söhbət etdilər və məsləhət gördülər ki, mental dəyərlərə uyğun geyinək. Təzə olduğumuz üçün bu ifadə bizə anlaşılmamışdı. Amma zaman keçdikcə universitetin daxili nizam-intizam qaydaları ilə tanış olduq. Bəlli oldu ki, bizə şortik, idman geyimləri, başmaqlar, vetnamkaların geyinmək məhdudlaşdırılıb. Əgər bunlardan hər hansı birini geyinsək universitetə buraxmayacağıq. Etiraz etsək də çarəsi olmadı. Həm də universitetdə bu qadağaya etiraz edən çox az idi.  Ümumiyyətlə, universitet tələbələrə azadlıq verməlidir, nəinki məhdudiyyət qoymalı. Heç bir ölkədə belə qadağalar yoxdur", - o bildirdi.
 
Rzazadə düşünür ki, universitetlərin tələbələrin geyiminə qarışmaq haqqı yoxdur. 
 
Hansı universitetlərdə geyim tələbi var?
 
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetindən bildirdilər ki, təhsil müəssisəsində geyim məhdudiyyəti  yoxdur və tələbələr seçimlərində azaddır.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətindən deyildi ki, tələbələr milli-mental dəyərlərə uyğun geyinir.
 
"1-ci kursa başlayanda təlim-tərbiyə üzrə onlar ilə danışıqlar aparılır. Onlara universitetdə davranış, geyim  izah edilir. Xüsusi tələbimiz yoxdur, amma Azərbaycan mentalitetinə uyğun tərzdə geyinmələrini arzu edirik", - mətbuat xidmətindən söylədilər.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətindən verilən açıqlamaya görə, universitetin daxili qaydaları var. Bu qaydalar ilə də tələbələrin idman forması, şortik ilə universitetə girişi qadağan edilir.
 
"Bizim tələbələrimiz yaradıcı fakültələrdə təhsil alır. Onların azad ruhlu olması, görüntülərində yaradıcılıq nümayiş etdirməsinə şərait yaradırıq. Onlar da bunun qarşılığı olaraq kiçik məhdudiyyətlərimiz ilə razılaşır. Bu günə kimi də bu məsələdə problem yaşamamışıq", - universitetdən söylədilər.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidməti dedi ki, təhsil müəssisəsində tələb yox, tövsiyə var.
 
"Etikadan kənar, tələbə yoldaşlarını narahat edəcək geyimlərdən istifadə tövsiyə edilmir. Başqalarının hüquqlarını pozan geyimlər məsləhət görülmür. Geyim ilə bağlı narahatlıq yaranarsa müəllim həmin tələbə ilə danışıb, məsləhət verir. Ona qulaq asıb-asmamaq isə tələbənin öz ixtiyarına buraxılır. Bu günə kimi heç bir tələbənin geyim ilə bağlı problemi aşkarlanmayıb", - universitetdən əlavə etdilər.
 
Milli Məclisin deputatları geyim tələbi barədə nə düşünür?
 
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat, təhsil eksperti Etibar Əliyev söyləyir ki, tələbələrin ali məktəblərə şortik geyinməsi Azərbaycan mentaliteti və mədəniyyətinə uyğun deyil. O bildirir ki, universitetdə təhsil alanların şortik geyinməsinin əleyhinədir. 
 
"Dünyada yalnız orta məktəblərdə vahid geyim forması var, universitetlərdə isə belə tələblər yoxdur. Azərbaycan da bu tendensiyaya qoşulub. Lakin düşünürəm ki, tələbələrin geyimində də bir qayda olmalıdır. Bu mütləq forma deyil, lakin səliqəli üslubda geyimlər olmalıdır. Tələbələrə məxsus geyimlər tərtib oluna bilər. Bu həm də səliqəlilik işarəsidir. Tələbələrin geyimləri mentalitetə uyğun olarsa, tənqid obyektinə də çevrilməyəcək. Özüm də bir neçə ali məktəbin ictimai şurasının üzvüyəm. O universitetlərdə hələ ki, şortik geyinən tələbəyə rast gəlməmişəm. Əgər gələrəmsə yaxınlaşıb ona fikirlərimi çatdıraram. Ümid edirəm ki, gəlmərik də. Həm qız, həm oğlan tələbələr əxlaqi dəyərlərə sadiq olmalı, bər-bəzəkli geyinməməli, sadə görünməlidir", - millət vəkili söylədi. 
 
Milli Məclisin deputatı Aqil Abbas aprelin 22-də Toplum TV-yə verdiyi müsahibəsində şortiklə universitetə gedənləri tənqid edib. 

"Sovet dövründə saqqal saxlamaq olardı? Hərbi dərsdə kimin üzündə tük vardısa, dərsə buraxmazdılar. Saçın uzundursa, dərsə buraxmazdılar. Şortiklə universitetə gedən gicdir. Ayıbdır. Yox bir "plavki" ilə getsinlər", - deyə deputat bildirib.

Qanunvericilikdə məsələ ilə bağlı nə yazılıb?

Təhsil eksperti Kamran Əsədov deyir ki, onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. 
 
"Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür? hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır. Nəzəriyyə ilə yox", - o bildirdi. 

Ekspertin fikrincə, əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər.
 
"Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.
Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür", -  Əsədov dedi. 

Ekspertin fikrincə, tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq, yalnız tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdı. 
 
Tələbələr nə düşünür?
 
"Azərbaycan Universitetlərində tələbələrə geyim müdaxiləsi olmalıdırmı?" sualı ilə 50 tələbə arasında sorğu etdik. Respondentlərin 5-i vahid formanın olmasını dəstəkləyir. 45 tələbə isə geyimlərə müdaxilə edilməsini azadlıq pozuntusu kimi qəbul edir.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol