• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib
28.04.2022 19:30
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib. Bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib.

Leyla Gərayzadə 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1964-1971-ci illərdə BDU-nun Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub. 1989-cu ildə "Sergey Vasilyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
 
Leyla Gərayzadə 2003-cü ildə dosent, 2011-ci ildə "Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1973-1979-cu illərdə BDU-nun Təbiət fakültələri üzrə Rus dili kafedrasında müəllim (saat üzrə ödəniş şərtləri əsasında), 1979-1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə Rus dili kafedrasında baş laborant, müəllim və baş müəllim. 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.
 
Leyla Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol