• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA məlumat yayıb

ANAMA məlumat yayıb
28.04.2022 20:00
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarına Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları qatılıb. Bu barədə qurumdan məlumat verilib.
 
Şirkət ilə bağlanan müqaviləyə əsasən, ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınlarının ölkəyə gətirilməsi nəzərdə tutulub.
 
Qeyd edilən maşınlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.
 
Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3 000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV-4 maşınları üzrə bu məsafə 1 500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
 
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.
 
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir", - məlumada qeyd edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol