Samir Aşurov həbsdə qaldı

Bu gün, aprelin 28-də Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovun həbsdə qalması barədə qərar qəbul edib. Qərar hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Aprelin 21-də Nizami rayon Məhkəməsi siyasi fəal barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Aşurov ittihamı qəbul etmir və saxta adlandırıb. Etiraz olaraq aclıq aksiyasına başlayıb. Daha sonra səhhətində ciddi problemlər yarandığı üçün aclığı dayandırıb.
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Almaniyadan readmissiya olunan Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da olub.
2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.
Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib