• $
  • €
  • ₽
  • ₺
  • £

Yol yenidən çökdü

Yol yenidən çökdü
26.04.2014 11:34
Bakının Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda yenidən təhlükəli vəziyyət yaranıb. 
APA TV-nin məlumatına görə, yolda bir neçə gün əvvəl başlayan çökmə prosesi intensivləşib. Ötən axşam yolun çökmə baş vermiş hissəsi yenidən bağlanıb. Ərazilyə “Azəryolservis” və “Azərsu” ASC-lərin, Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. 
Çökmənin baş verdiyi yerdəki çala örtüldükdən sonra yol ötən gün səhərdən nəqliyyatın hərəkəti üçün açılsa da, avtomobillərin ağırlığından yenidən çökmə başlayıb.
"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə bildirib ki, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi. Pünhan Mürsəliyevin sözlərinə görə, ərazidə normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Onun fikrincə, problem aradan qalxmasa, yol yenə çökməkdə davam edəcək.
“Azərsu” ASC-dən isə APA TV-yə deyiblər ki, çökmənin səbəbləri, eləcə də, hadisənin kanalizasiya kollektoruna ziyan vurub-vurmadığı araşdırılır.
Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol