• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”

Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”
29.04.2022 14:08
 Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı məhkəmə iddiasına baxılıb.
 
Qalib Salahzadə Sabunçu rayonu, Zaqulba şossesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirib. O, Məhkəmədən həmin evlərdə yaşamaq hüququnun təmin edilməsini tələb edib. Bildirilib ki, 1 hektardan çox ərazisi olan həmin ünvanda ümumilikdə 8 ev var. Q.Salahzadə ilə yanaşı Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyeva da həmin evlərdə qeydiyyatdadırlar və onlar da məhkəmə qarşısında iddia qaldırıblar.

Məhkəmədə hakim Tahirə Əsədova həmin əraziyə baxış keçirildiyini və orada 2 evin olduğunu deyib. Növbəti məhkəmə iclası mayın 17-nə təyin edilib.
 
Qalib Salahzadə qeyd edib ki, ünvanda qeydiyyatdan keçmiş torpaq sahəsi və fərdi yaşayış evlərinin olmasını Əmlak Məsələləsi üzrə Dövlət Xidməti də təsdiqləyib.
 
Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülsilam Hacı Allahşükür Paşazadənin qudasıdır. O, 2 dönəm Milli Məclisin üzvü, deputat seçilib. Həmçinin uzun müddət Sabunçu rayonu Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Hazırda Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.(Qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol