Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin 6 aylıq həbs qərarı qüvvədə qalıb. Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.
Apellyasiya şikayətinin verilməsinə səbəb aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətinin təmin edilməsi olub. Sözügedən şikayət təmin edilib.
"Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Bu prinsip həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində öz əskini tapıb. Əli Əliyev eyni əmələ görə qanunsuz da olsa Bakı şəhər Yasamal rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli və artıq qanuni qüvvəsini almış hökmü ilə məhkum edilib”, - Cavadov deyib.
2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət edilib.
İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü açıqlayıb.
Əli Əliyev 5 ay müddətinə həbs edilib.

Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib