• $
  • €
  • ₽
  • ₺
  • £

Paralimpiya Komitəsində bu vəzifə ləğv edildi

Paralimpiya Komitəsində bu vəzifə ləğv edildi
29.04.2022 15:50
Azərbaycan Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib. Bu barədə MPK-nın mətbuat xidməti xəbər verir.
 
İlqar Rəhimov MPK-nın strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədə uyğun olduğunu bildirib.
 
Rəhimov daha sonra Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.
 
Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və İK-nın bir sıra qərarları qəbul edilib:
 
1. Milli Paralimpiya Komitəsində (MPK) vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv edilsin.
 
2. Milli Paralimpiya Komitəsninin icraçı direktor vəzifəsi təsis olunsun.
 
3. Babayev Eldar İbrəhim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.
 
4. Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti Ümumi Yığıncaqda təsdiq olunsun.
 
İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında və Pekin-2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol